1
Yorum
1
Beğeni
5,0
Puan
898
Okunma
dar günə saxladığım bir şeir var-
bütün arzularım boşa getməsin
məni naümid etməsin
açılan səhər
batan gün...
dar günə saxladığım bir şeir var-
gözəl həyatımız keşməkeşli,
keşkəli
adam,çox dərinə varmaq istəmir
üzdə də boğulur...
dar günə saxladığım bir şeir var-
hardasan,ey pis günümün dostu...
dar günə saxladığım bir şeir var-
əlimyandıda qalmayım
ümid lazım olanda
ya da
üzümdəki kədəri
bir sevinclə örtən zaman...
dar günə saxladığım bir şeir...
eh,hələ gərək mən onu yazam...
5.0
100% (1)