1
Yorum
2
Beğeni
5,0
Puan
1001
Okunma
Eşidilir ağac fəryadları
balta səsində kəsilən kökdən,
bir qaba əlin harınlığında qırılan budaqlardan...
Eşidilir ay işığının səsi
elə bil qaranlığın ən qatı yerindən,
gecənin lap dərinliyindən,
səhərə gedən yoldan
və bir də görürsən ki,
duman kimi bir ümidsizlik sardı ətrafı
ümid şeiri oxuyan
bir şairin səsində...
5.0
100% (2)