0
Yorum
1
Beğeni
5,0
Puan
1202
Okunma
Yanından ötürsən
bir gül köşkünün
rəng-rəng çiçəklərə bax,
qəlbini riqqətə gətirən sevgiyə bir çələng hör,
eşqlə süslənmiş gözəlliyi gör;
bütün güllər sanki
bir hekayət danışmağa müntəzir kimi...
Elə həyat özü bir sərgüzəşt-
vüsal,ayrılıq,həsrət...
Çiçəklərə bax;
bir şeir
dilinin ucunda ballanacaq
aşiq olacaqsan-
işıq olacaqsan,
təpədən-dırnağa yaxşılıq olacaqsan.
Çiçəklər sənin yaxanda bitəcək-
yuxun itəcək
tikanları da oxşayıb əzizləyəcəksən...
Çiçəklərə bax:
ağı, qırmızısı, çəhrayısı-
çəhrayıda rahatlanıb dincələcəksən
qırmızıda çılğınlığın,
ağa baxanda baxışınla ətirlənəcək
“ağ gül,qırmızı gül, bir də sarı gül”misrası...
Yanağın ay parçası
deyəcəksən ilahi,mən... mən... sevirəmmiş;
kimi?
Bax,onda düşün-
düşünə biləcəksənmi?!.
(azeri türkçesinde)
5.0
100% (1)