0
Yorum
2
Beğeni
5,0
Puan
984
Okunma
Varlığında işıq var
bir qarış KÖLGen de
əsl xoşbəxtliyin gün doğuşudu kiminsə ömründə;
sənin SAYƏndə ümidlər sayrışır
sənin sayəndə qış da bahar
sənin sayəndə arzular
sənin sayəndə eşqin qurduğu xeymə
sənin sayəndə ən parlaq rənglər
səninsayəndə dürüstlük
sənin sayəndə:"harda səhv etdim mən..."
sənin sayəndə göz toxluğu
sənin sayəndə qürur
sənin sayəndə tez-tez görünüb yox olan siluetlər
sənin sayəndə bəzən kirpiklər şeh qoyur...
sənin sayəndə gecəylə gündüzün iç-içəliyi
sənin sayəndə çaşmalar
sənin sayəndə sayğı
sənin sayəndə tikanlar da gözə xoş dəyir
sənin sayəndə od
sənin sayəndə özünəqapılma
sənin sayəndə:"cızıqdan çıxırsan ha"
sənin sayəndə divanəlik
sənin sayəndə sadəlik
sənin sayəndə məsumiyyət
sənin sayəndə günah günah sayılmaz
sənin sayəndə günəş
sənin sayəndə salamlar
gör bir-
sənin sayəndə acılar da səadət gətirir...
(AZERBAYCAN)
5.0
100% (1)