1
Yorum
1
Beğeni
5,0
Puan
1205
Okunma
Ocağım-odum mirasdı...
Gün işığı sanki
ilahi mirastək gəlib çatır bizə...
Bəzən düşünürəm
dərdim mirasdı-
nəsildən-nəsilə keçən miras,
bu gün mən ona sahiblənmişəm...
Yunus Emrenin selamı,
Şems Tebrizinin kelamları mirasım,
Mirasımız;
bu mirasların yeri könüllərdir,
yaddaşlardır,
düşünən başlardır...
ey qələm,yaz:
Nəsiminin dözümü,
İnadı,
hər axşam üfüqdə s a r a l a n günəş-miras
və hamımıza yetəcək qədər
sevinc,kədər...
Xəyanətləri,
şəri,
hər cür pisliyi də
miras bilənlər var-
yox,var sayılmaz onlar...
əsrlərdən bəri
insan üzündə gələn təbəssüm,
gözlərdəki sevgi nuru,
sədaqət,inam,etibar-
Gör,nələrin varisiyəm,
Gör,nələr mirasımdı-
ömür boyu bəhrələndiyim miraslar!..
5.0
100% (1)