Hey fikirli olduq,
fikirdən nə yata,nə ayıla bildik-
biz də həyatın dadını belə çıxarırıq-
fikirlə...
Kədərlənirik,
amma sevindiririk,
ağlayırıq,
amma güldürürük,
yalvarmırıq,
ancaq dua edirik...
Axtarmırıq dayaz,dərin;
güzgülərdə deyil də
çəkdiyimiz fikirlərdə
özümüzü görürük...