13
Yorum
13
Beğeni
5,0
Puan
2178
Okunma

Qısqanclıq
De kimə qısqandın sən məni indi
Qısqanclıq gətirir hər kəsə qəmi
Dənizdə batacaq yelkənsiz gəmi
Qısqanclıq bax səni məhv edəcəkdir
İnam sevgidən yaranan əsər
Birdən sevgimizdə küləklər əsər
Qısqanclıq qorxudur məni sərasər
Qısqanclıq bax səni məhv edəcəkdir
Mənidə incitdin özünüdə sən
Sevirsən nə lazım bu qədər sözə
Qısqanclıq əsir edib səni özünə
Qısqanclıq bax səni məhv edəcəkdir
Boş yerə vurursan hər kəsə ləkə
Ağrımaz başını salırsan dərdə
Qısqanma deyirəm ay canım sənə
Qısqanclıq bax səni məhv edəcəkdir
Qısqanclıq ayrılıq səbəbin olsa
Dənizi bir daha arayıb sorma
Sonrakı peşmanlıq de kimə fayda
Qısqanclıq bax səni məhv edəcəkdir
Xəyalə Dəniz...
5.0
100% (15)