9
Yorum
9
Beğeni
5,0
Puan
2434
Okunma

Ona Həyat Davam Edir..
Hərdən dalıb xəyallara
Cavab tapdım suallara
Getdim dərin röyalara
Ona Həyat Davam Edir..
Acı sözdə yoxam daha
Bu namemi verin ona
Bu gün ömrüm çatır sona
Ona Həyat Davam Edir..
Mən ağladım o isə güldü
Tanıdığım insan öldü
Başqasıyla dərdin böldü
Ona Həyat Davam Edir..
Niyə məni vurdun belə
İndi deyin gülüm necə
Dostlar deyir alma vecə
Ona Həyat Davam Edir
Dənizin bax qəlbi yara
Hər gün batır qara yasa
Güman qalıb tək ALLAHA
Ona Həyat Davam Edir
Xəyalə Dəniz
5.0
100% (11)