1
Yorum
0
Beğeni
5,0
Puan
878
Okunma
Deyirlər ağsaqqal qocadır dağlar,
Dil açsa, böyük bir tarix danışar.
Çəkibdir, canında çəhid qanı var,
Qocaman atadır, yanar, alışar.
Nələr görmədi ki, -- Qanlı savaşlar,
Ölülər, cəsədlər, çəkilən ahlar.
Ana gözlərindən tökülən yaşlar,
Günahsız qurbanlar, böyük günahlar.
Ağappaq başını dimdik tutsa da,
Dərd-qəmi içini didər, dağıdar.
Utanıb dumanla üzün tutsa da,
Gözünün yaçını sel tək axıdar.
Əsgərə sipəsdir, qoruyar onu,
Şəhid olduğunda qoynuna alar.
Yaşıl örtüyünü üşüməməkçin,
Şəfqətli ana tək üstünə salar.
5.0
100% (1)