1
Yorum
1
Beğeni
5,0
Puan
859
Okunma
("bitmeyen geceler" den)
Gecələr ömrümə qənim kəsilib,
Çilədi,möhnətdi hər geçən anı.
Sinəmdə əl boyda ağrıyan ürək,
Masamın üstündə ürək dərmanı.
Zülmət pəncərədən baxır üzümə,
Qorxuram,işıqsız qala bilmirəm.
Uyku gözlərimdə...
Şıltaq kız kimi
Çəkib yatağıma sala bilmirəm.
Ağlım dışarıda ümid peşində,
Qulağım ayırmır sükutu səsdən.
Səma istəmişdim xəyallarımda,
İşə bax,qəfəsdə çırpınıram mən.
Nə şərab,nə siqar meylimi çəkmir,
Bir az özgə çürəm,özgə sayağam.
Səmada parlayır sabah ulduzü,
Xoruzlar banlayır...
Mənsə oyağam.
Nə vaxtdır açmayır kimsə qapımı.
Pözulub içindən,zili çalınmır.
Başıma intihar havası düşub,
Hər gün sınayıram,yenə alınmır.
Şamın işığı mı pəncərədəki,
Alev mi,ulduz mu,heç
seçəmmirəm.
Sönmək istəməyən şam kimi mən
də,
Yaşamaq eşqindən vaz
geçəmmirəm.
Gecələr ömrumə qənim kəsilib,
Çilədi,möhnətdi hər geçən anı.
Dörd divar içində qəfəsə salıb,
Boşuna harcayır ömür zamanı.
*
5.0
100% (1)