3
Yorum
2
Beğeni
5,0
Puan
895
Okunma
Qədərimdə gözün yoxsa,
Sol yanımda izin yoxsa,
Qayıtmağa üzün yoxsa...
Gedən yolun açıq olsun,
Get başımdan duman kimi.
Qayıtma heç...
.
Aşkın gözü kordu-yalan,
Vüsal yolu dardı-yalan,
Leyla Məcnun vardı-yalan...
Heç görmədim etibarı,
Dondursa da şaxta karı
Gedən yolun açıq olsun.
Get qışımdan boran kimi,
Qayıtma heç...
.
Hər opüşü dodaq bilməz,
Həya susar,yanaq bilməz,
Dəli gönlüm yamaq bilməz...
Minnət qoyma aşkı mənə.
Qurban desən gedən günə
Var get,yolun açıq olsun,
Qayıtma heç,
Qayıtma heç...
5.0
100% (2)