2
Yorum
2
Beğeni
5,0
Puan
1021
Okunma
Anam
Canından can vermisən,
Qanından qan vermisən,
Canına qurban, anam!
Qanına qurban, anam!
Nə hikmət var qadında,
And müqəddəs, adın da,
Laylaların dadında,
Laylana qurban, anam!
Saçlarına düşən dən,
Gül çöhrənə çökən çən,
Yola baxan, yolçəkən
Gözünə qurban, anam!
Həlimlik nəfəsində,
Həzinlik var səsində,
Söhbətində, sözündə,
Sözünə qurban, anam!
Doğ, bələ, bəslə, böyüd,
Ömrümə örnək, öyüd,
Bar verməz salxım söyüd,
Özünə qurban, anam!
~~~~~~~~~~~~~~~~~~
06.02.2013
5.0
100% (3)