2
Yorum
1
Beğeni
5,0
Puan
746
Okunma
Dərbədər, qələndərəm!
Qanım elə ilıqdı
Qəlbim belə qırıqdı.
Qırımıma təsəllim
Bir qılıq, bir də qələm!
Həm qəhərəm, həm qəməm,
Həm dəliyəm, həm dəməm,
Həsrət ilə həmdəməm,
Sökər, tökər söz şələm!
Ay yarağım, ay qəməm,
Bölüşməsəm, bölməsəm,
Bu yaradan ölməsəm
Başdan aşar dərd, ələm!
Ömür verilməz sələm,
Şah deyil, şahmar, lələm,
Sancarmı hələm - hələm
Bir qılınc, bir də qələm?!
Hirs, hicran, ya hikkədən,
Pul sarıdan, sikkədən,
Nəs ildə nəs, siftədən
Nədən yazırsan, qələm?
Bir səs gəlir qübbədən,
Vəhylə vəhdətdəyəm,
Bəşər oğlu, mən bəyəm
Qüdsdə, qürbətdəyəm?!
Çək cəzandı, çərlə sən,
Çeşmə kimi tərlə sən,
Zalım fələk, zərlə sən
Bələrsən elə - beləm!?
Hüseyinəm, ey qələm,
Çarmıxa çək, çək çətən,
Mən bir cəlayi - vətən,
Dərbədər, qələndərəm!
~~~~~~~~~~~~~~~~~~~
01.01.2013
5.0
100% (1)