1
Yorum
0
Beğeni
0,0
Puan
1261
Okunma
Nə olsun, a dünya
Hökmran, hökm onundu, fərman onunku,
Dərd - azar onundu, dərman onunku,
Min illər keçsə də solmaz donunku,
Nə olsun, a dünya, fani sonunku.
Hörmətcil, hövsələ, hörmət onunku,
Bərəkət onunku, nemət onunku,
İsmət onunkudu, qismət onunku,
Nə olsun, a dünya, heç-puç sonunku.
Nə ümid verirsən, nə söz verirsən,
Nə işıq verirsən, nə göz verirsən,
Alışıb, yanmağa nə köz verirsən,
Nə olsun, a dünya, cani sonunku.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
15.12.2012-ci il