1
Yorum
0
Beğeni
5,0
Puan
846
Okunma
Torpağım çoxdumu mənim?
Qaçqınlıq yazılıb baxtıma mənim,
Tanrıdan taleyim, taxtıma mənim,
Əzəli yurd-yuvam yoxdumu mənim?
Düşmənin gözünə oxdumu mənim,
Ay Allah, torpağım çoxdumu mənim?
Dərdbilməz üzümə nə dərdin deyir,
Bu dünya boş bostan, nə dərdin deyir,
Dili dinc durmayır, didərgin deyir,
Əsəblər gərilir, nə gərgin deyir,
Yoxsa ki, gözlərim toxdumu mənim?
Milyon - milyon köçkünə bax, qaçqına,
Nadürüstdən, bədəməldən qaç, qına,
Azadlığın haqq yolunu aç, qına,
Yarəb, haqsan, haqqı qaytar haqqına.
Hakimsən, haqqıma haqqım yox mənim?
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
24.11.2012-ci il
5.0
100% (1)