0
Yorum
0
Beğeni
0,0
Puan
655
Okunma
Yaranmışıq yazmaq üçün
Bir Borçalı balasıyam,
Qızıl qanlı lalasıyam,
Hər an yada salasıyam
Bizim dağları, bağları!
Az görmüşəm mənim kimi
İki göz birdən ağları?
Neynirəm saymaz sağları
Bizim dağları, bağları!
Yaranmışıq yazmaq üçün,
Yazanları yozmaq üçün
Qəmə qəbir qazmaq üçün
Bizim dağları, bağları!
Cəh-cəh vurur bu gün dilim,
Cəfa çəkmə, a bülbülüm,
Bər - bəzəyə bələ gülüm
Bizim dağları, bağları!
~~~~~~~~~~~~~~~~~~~
25.11.2012-ci il