5
Yorum
0
Beğeni
5,0
Puan
2081
Okunma

Qonağam bugün mən qonaq gəlmişəm ,
Mən sənin qəlbinə qonaq gəlmişəm.
Aç qapını buyur eylə,
Gəl sən məni qəbul eylə,
Bəlkədə yolçunam yola gəlmişəm.
Keçən o anların xoş xatirəsi,
Sevginin eşqiylə sənə gəlmişəm.
Geridə nə mən var, nədə özgəsi,
İnanki tər-təmiz sənə gəlmişəm.
Bu sevda yüküylə sənə gəlmişəm,
Sevgimin gücüylə qonaq gəlmişəm.
Qəlbimdə bir ümid yaşar,
O səninlə dolub-daşar,
Soyuq bir gecədə sənə gəlmişəm…
By Nermin Halil
5.0
100% (2)