1
Yorum
0
Beğeni
5,0
Puan
1262
Okunma
Azərbaycan bayrağı
Yellən yekrəng səmada,
Yerdə, göydə, havada,
Dalğalan da davada
Azərbaycan bayrağı!
Xəzərin sularında,
Sevinsin quların da,
Gül açsın baharın da,
Azərbaycan bayrağı!
Yağının yuvasında
Daş qalmasın daş üstə,
Bayramlarda baş üstə
Azərbaycan bayrağı!
Döyünən ürəklərin,
Rəmzisən dövlətlərin,
Sən vəsfisən Vətənin,
Azərbaycan bayrağı!
Türlü Türk bayrağıyla
Daim dayan yan – yana,
Biz bağlıyıq bir cana,
Azərbaycan bayrağı!
Qaralıyıq, ağlıyıq,
Aranlıyıq, dağlıyıq,
Bağımsızıq, bağlıyıq,
Azərbaycan bayrağı!
Qoşa – qoşa qanad çal,
Uzaq ulduza ucal,
Yaşıl, mavi, aldı, al
Azərbaycan bayrağı!
Boyaların solmasın,
Gözlər görüb, dolmasın,
Sənsiz səhər olmasın,
Azərbaycan bayrağı!
~~~~~~~~~~~~~~~~~
Hüseyn Aslanoğlu (Faxralı)
04.11.2011-ci il
5.0
100% (1)