0
Yorum
0
Beğeni
0,0
Puan
1076
Okunma
Aslar səndən asta keçər
İlim - ilim itib illər,
Çəkilib, gedib gözümdən.
İnciyibdi şəkər dillər
Dilxoşu söhbət - sözümdən.
Şikayətim var gözümdən,
Tez çıxıram tez özümdən,
Əsər yox izim, dözümdən,
İtib gedən gənclik, illər.
Üzülürəm qaşı düşmüş,
Parıltısız üzük kimi.
Yaşıllığı xəzan görür
Gözümdəki gözlük kimi.
Yüz cilalan, yüz də şövq ver,
Zöhrə kimi parlaq, zövq ver,
Qopar ömür sarayından,
Daşın düşər üzlük kimi.
Aslar səndən asta keçər,
Uzaqbaşı usta keçər.
Ay Səngərli, ürəyində
Sözün çoxdu sözlük kimi.
~~~~~~~~~~~~~~~~~~~~~~
10.10.2011-ci il