1
Yorum
0
Beğeni
0,0
Puan
850
Okunma
Fələk çəkər
Ala gözlərin qayğısın
Bircə cüt çatma qaş çəkər,
Dil danışar, ürək yanar,
Bəlaları can, baş çəkər.
Əkinçi cütləyər, əkər,
Dənini aparar təkər,
Dəyirman üyüdər, tökər,
Dərdi dəmirlə, daş çəkər.
Bir yandan ələr ələyi,
Durnalar tökər lələyi,
Mələdər məzlum, mələyi,
Dağ-dağ üstdən fələk çəkər.
~~~~~~~~~~~~~~~~~~~~~~~
Hüseyn Faxralı