0
Yorum
0
Beğeni
0,0
Puan
690
Okunma
Ömür tablolarım
Çən, duman da qış ömrümdən,
Yaradan yazan səhifə,
O rəngarəng tablo, lövhə
Tanrım verən nə xoş töhvə.
Nə versə, ona qaneyəm.
O tablonun rəngi əlvan,
Qışda dümağ, bəyaz olur.
Yazda yaşıl, yayda yaşıl,
Saralır əlvan çalarlar,
Xəzan vaxtı xaşıl olur.
Bir ömür başdan – başa
Tanrım, tale, tamaşa.
Həm sevincdi, həm də qəm,
Sazda “Sarıtel”, “Dilqəm”,
Dəmadəm də dəm olur.
~~~~~~~~~~~~~~~~~~~~