0
Yorum
0
Beğeni
0,0
Puan
658
Okunma
Demərəm
Düzüm-düzüm karvan dəvə,
Gərdəksizsə gər kəcavə,
Gəmi olsun, lap da yaxta,
Taxt demərəm belə taxta.
Cılız bədən quru taxta,
Səadəti yalan, saxta,
Qan qusarsa laxta - laxta,
Baxt demərəm belə baxta.
Sədaqəti qram - qram,
Eşqə qışqıram, hayqıram,
Dad əlindən zəncir qıram,
Bu sevgidən bir qıraxda.
~~~~~~~~~~~~~~~~~~~~~