0
Yorum
0
Beğeni
0,0
Puan
1019
Okunma
Ərəb baharı
Dığırladın taxtından
Neçə - neçə şahları.
Mənəm-mənəm deyənlər,
Məkrli məddahları.
Gəl - gəl “ərəb baharı”!
Bizdə də manqurt varmış,
Piylənmiş, harınlamış,
Qarınları yağlanmış,
Yaxasından gəl yapış,
Gəl - gəl “ərəb baharı”!
Uzundu əl – qolları,
Var parası, pulları,
Durna kimi dulları,
Səpələyir dolları,
Gəl - gəl “ərəb baharı”!
İstək ürəkdən, candan,
Bilirsənmi haçandan,
Gözləyirik yolunu,
Uzat köməy əlini,
Gəl - gəl “ərəb baharı”!
Cin, şeytan, cibgir cilddə,
Bu fasonda, bu viddə,
Əşi, lap əlahiddə,
Heç olmasın şahid də,
Gəl - gəl “ərəb baharı”!
İstəmirik çovğunu,
Qışı, boranı, qarı,
Yaxın eylə yolları,
Bizi yada sal barı,
Gəl - gəl “ərəb baharı”!
Lazım deyil sovqatın,
Tək xoş olsun ovqatın.
Çərkəzi yəhərə yat,
Çapırt gəl ərəb atın.
Gəl - gəl “ərəb baharı”!
~~~~~~~~~~~~~~~~~~
______________________
Ad alıbdı qozbel, donqar,
İçi boşdu, yorğa, yonqar.
Yanında yalan olubdu,
Yarəb, qırğı, şahin-şonqar.
______________________