Paranın öldürdüğü ruh, kılıcın öldürdüğü bedenden fazladır. walter scott
huseyn
huseyn

Nə qədər ki, canda can var, Ay dağlar

Yorum

Nə qədər ki, canda can var, Ay dağlar

0

Yorum

0

Beğeni

0,0

Puan

985

Okunma

Nə qədər ki, canda can var, Ay dağlar

Nə qədər ki, canda can var

Dərə, təpə, çöl–çəmənin, çəhlimin,
Könül açar, göz oxşayar çiçəyin,
Lalələrə bürünəndə ətəyin,
Ətir saçar bal pətəyin, a dağlar.

Əzız, ləziz tər ləçəyin, nədəndi
Sapsarıdı saç–birçəyin, nərgizim?
Əmanətdi səndə ayağ, əl izim,
Didik-didik dirsək, dizim, a dağlar.

Quşların səsinə qulağ asardım,
Möcüzəli bir aləmdə azardım,
Bənövşədən dərər dəstə bağlayar,
Balam kimi öz bağrıma basardım.

Soyumuşam, buraların buzuyam,
Dad-amanın dadı - tamı, duzuyam,
Quran haqqı bir qurbanlıq quzuyam,
Məlhəm deyib mələyərəm, a dağlar.

Qəriblikdə qədər, qəhər, qəm yükdü,
Qəzalar yüngülcə qəddimi bükdü,
Qəbul eylə, qəbahətim böyükdü,
Bağışlasan baş əyərəm, a dağlar.

Yorğunuyam yoxuşların, yolların,
Uzanardım kölgəsində kolların,
Sənnən ötrü uzalıdı qollarım,
Qurban olum, qucaqlaşaq, a dağlar.

Qar qıymasan ürəyimə yan deyəm,
Qayğılıyam, qayalara qan deyəm,
Yenilsəm də yenə sənə can deyəm,
Nə qədər ki, canda can var, a dağlar.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Ay dağlar

Sevda dolu seyrangahı
Seyr etdim, sezdim, ay dağlar.
Köks ötürüb, “eh” etməkdən
Beləcə bezdim, ay dağlar.

Boylanaraq sağa, sola,
Soluxub, soldum, ay dağlar.
Hoylanaraq yaraları,
Yazda da yandım, ay dağlar.

Sanki qəflətdən oyandım,
Bir anlıx durdum, dayandım,
Bizim bağlara boylandım,
Bomboz boyandım, ay dağlar.

Bu dərd məndə köhnə, əzəl,
Dilim nəşə, nəğmə, qəzəl,
Xəyallarım xəzan, xəzəl,
Xəbəriniz varmı, dağlar?

İllərdi sizdən ayrılı,
Aylarla sağlı – sayrılı,
Siz ağrılı, mən ağrılı,
Anladım, andım, ay dağlar.
~~~~~~~~~~~~~~~~~~~~
Bakı şəh, 23.11.2010-cu il

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 
Nə qədər ki, canda can var, ay dağlar Şiirine Yorum Yap
Okuduğunuz Nə qədər ki, canda can var, ay dağlar şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Nə qədər ki, canda can var, Ay dağlar şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL