Para, gübre gibi etrafa yayılmazsa işe yaramaz. baco
huseyn
huseyn

Qərib qəbirlər

Yorum

Qərib qəbirlər

( 1 kişi )

0

Yorum

0

Beğeni

5,0

Puan

1279

Okunma

Qərib qəbirlər

Qərib qəbirlər
(Şamaxıda yol üstündəkı tək
türk əsgərinin məzarına xitabən)

Təklənmisən a tək qəbir,
Tanrım vermiş sənə səbir.
Dindirirəm, dillənmirsən,
Ay insafsız, desən hə bir.

Qərib qəbir yol üstündə,
Can verdinmi qol üstündə?
Ağlandımı bol üstündə?
Anlatsana azan qəbir.

Hər dərdin öz təbibi var,
Hər ölümün səbəbi var,
Qərib qəbrin səbiri var,
Təklənmisən nədən, de bir.

Sənin kimi tək qəbirlər
Səpələnmiş qərbdən şərqə.
Düşünsən məzar düşərgə,
Düzülmüsən cərgə - cərgə.

Tək qəbirlər qəribliyin
Əlaməti, simvoludur.
Zaman-zaman uzaqlaşan
Qohumluğun bir qoludur.

Yol üstündə a tək qəbir,
Diyar məzarla doludur,
Bu yol qəriblər yoludur.
Təsəllisən, təmkinlisən.

Sağ qəriblər səpələnmiş
Yer üzünə milyon-milyon.
Sağlığında sən heykəl yon
Qəriblərə, a tək qəbir.

Budurmu alın yazısı,-
Daşlara həkk olan yazı?
Niyə susmuş, niyə ötmür
Qəhər dolu bir qəm sazı?

Çünki mən özüm qəribəm,
Nə ağayam, nə də bəyəm,
Bəyəm belə qəribəyəm?
Qəyyumum ol Qərib sazı.

Dağım qərib, bağım qərib,
Qarabağa gavır girib,
Paşalarım, zaman gəlib,
Gəbərsin gavır, tək qəbir!

Borçalım qəribdi, Göyçəm qəribdi,
Dərbəndim qəribdi, Təbrizim qərib,
Sızlayan sinirlər sinəmi gərib,
Gərəyim söyləyir, görsən tək qəbir.

Qəriblik, qəmginlik bizəmi qalıb?
Dağ dərdi çəkmək də düzəmi qalıb?
Əllini aşırdıq, yüzəmi qalıb?
Qaraltma qanını, qayğılı qəbir.

Hüseyn, bəyəm mən bəbəyəm,
Dünyanı görmürəm bəyəm.
Çünki qərəzli qəribəm,
Ona görə tək qəbirəm.
~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Paylaş:
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir. Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
Şiiri Değerlendirin
 

Topluluk Puanları (1)

5.0

100% (1)

Qərib qəbirlər Şiirine Yorum Yap
Okuduğunuz Qərib qəbirlər şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?
Qərib qəbirlər şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
© 2025 Copyright Edebiyat Defteri
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
ÜYELİK GİRİŞİ

ÜYELİK GİRİŞİ

KAYIT OL