1
Yorum
0
Beğeni
5,0
Puan
1660
Okunma

Bir uzaq məmləkətdə
zəif lampa işığında
bir nəfəs qədər
mehriban, əziz məkan
gülümsəyir
ona pənah aparan
sakinlərin üzünə.
....zərif, əsəbi tanqo oxuyur
pıcıltıların müşayətilə.
Sərxoş yağış damlaları
pəncərə şüşəsində rəqs edir.
Onun gözləri
ayaqları kimi nazik və uzun dabanlı ayaqqabı geyinmiş qadını
ta uzaqlardan dartıb gətirməkçün
yol çəkir.
Hərdən qapı açılır...
gələnləri məyus baxışlarıyla qarşılayır...
bir-birinə sıxılmış dodaqlarıyla qulluq edir...
Rəqəmlər dünyanın bir saat da qocaldığını xəbər verir...
Saat 12-dir.
Qapı cırıldayır...
Tıqqıltı səsi masaya yaxınlaşır
köhnə çamadanın, qırılmş çətirin müşayətilə...
Saçlarından, plaşından düşən yağış damcılar yeri isladır...
Pəncərəni inadcıl yağış döyür....
Bir-birinə sarılan baxışların pıcıltısında
əsəbi, cılğın tanqo oxuyur...
5.0
100% (3)