Rüyamda gelmişdinYuxuma girmişdin neçə gün öncə Eynən əvvəlkitək cilvələnirdin Necə şənlənmişdim səni görüncə Nur olub ruhuma səpələnirdin Mənmi yoxsa sənmi yarıtmaz oldun? Sözlü olammadıq, mənə söz oldun Elə yuxum kimi əlçatmaz oldun Qismətin deyilsə nə dilənirdin? Könlümü ney kimi dilləndirən qız Ey xəyal dünyamı tülləndirən qız Məni yuxularda əyləndirən qız Niyə nazlanırdın, qürrələnirdin? Yoxdur etibarı bu dünyanın da Qəlbində olsam da, yoxam yanında Durub ataevin yan eyvanında Baxıb yola sarı gileylənirdin O ev də bəxtintək boş qalıb gözəl İllərdir gözyaşım boşalıb gözəl Gəmim başqa yönə baş alıb gözəl Sən köhnə sahildə yelpələnirdin |