0
Yorum
4
Beğeni
5,0
Puan
379
Okunma
Ürəyimin başını dağlamış intizarın
Oyandımkı gec artıq, xatirəyə dönmüsən
Necə hiss etməmişəm köçdüyünü bir yarın
Parlaq günəşimiydin, öləziyib sönmüsən
Yenə də əvvəlkitək pəncərədən boylanır
Baxışların, de kimin yollarını gözləyir?
Bəlkə qısqanmasam da içim bir az huylanır
Kimin için sızlayır, qəlbin kimi özləyir?
Bir yaşıl yarpaq olub yoluna düşmüş idim
Talehin bir cilvəsi sovurub atdı məni
Tər təzə hisslərimi sənlə bölüşmüş idim
Bilməm nələr ayırdı, nələr aldatdı məni
Buğulu gözlərimdə tüllənən günlər hanı?
Onda sevincimiydin, indi mənim qamımsan
İndi sənsən röyamın ən istəkli mehmanı
Yuxularda mənimsən, gerçəkdə haramımsan
Xəyalın günəş kimi qamaşdırır gözümü
Daha çox canlanırsan səndən uzaqlaşınca
Səbri də öyrənmişəm, öyrənmişəm dözümü
Artıq övladlarım var sevdamızın yaşınca!
5.0
100% (1)