0
Yorum
5
Beğeni
5,0
Puan
390
Okunma
Yaş üstünə yaş gəldikcə nədənsə
Hər şey mənə dəyir biraz elə bil
Həyat yolu dərə, təpə, bələnsə
Yokuşlarda cayır biraz elə bil
Üzün ağmı dünyanın sınağından
Nə çıkacaq ahırda çanağından?
Gəzibsənsə ellərin qınağınnan
Uduzmusan deyir bir az elə bil
Ömür nəki, iki heca bir yorum
Haydan gəlib, Huya gedən bir durum
Gəncliyimdə gözü qara qürurum
Qabağından yeyir bir az elə bil
5.0
100% (2)