0
Yorum
4
Beğeni
5,0
Puan
753
Okunma
Ömür ardarda yazılan
cümlələr kimidir,
durğu işarətləri qoymadan
yaşamaq olmur.
həp öndə üç nöqtədir,
gününü verğüllə başlarkən
bir loxma əppək üçün
birisinin önündə
sual işarəti olursan,
bəzən də iki nöqtə:
Sənə bənzər o qədər
sadalanası əşyalar var ki.
Həyat ağıl üçün nədir-
bir topa insan kütləsi,
bağlayıcısız zaddsız,
bəzən tire,bəzən defis...
Və horizontaldan vertikala
qat-qat,lay-lay.
Səni nasıl yazarlar
allah bilir,
azacıq sayğılıysan
uzağı defislə,ya vegıllə
birilərinə qarışıb yaşarsan,
əgər yaşatlarsa səni.
İçində bir qəzəb yaşar,
arasına vegül atıb
nifrət doğarsan
yeddi basamaq üstündəkilərə,
üstün olmamışkən onlar.
Və bir umud yaşarar
ilk çərşənbə,
qar gülləri kimi,
köksündən burulub ditlər,
günəşi duyarsan sırtında,
haqqı yeyilmiş topraq mı,
bomboz hava mı,xlorlu su mu?
Hər kimsənin unutduğu
nöqtəli vegül xatırlarsan,
tutub xəyalların nimdaş
ətəyindən mələk bilərsən,
gedəcəyin son qapı Tanrınınsa...
Hayqırarsan o qatlara
bir gün nida olacaqlardan.
Bəlkə də,günlərin o
bir günü nida olacaqsan,
Nida !!!
5.0
100% (1)