eflatun.kesheli
334 şiiri kayıtlı

QARABAĞ BAYATILARI

eflatun.kesheli
  5,0 / 1 kişi ·1 beğenme · 0 yorum · 96 okunma

QARABAĞ BAYATILARI


Mən aşiqəm qara bax,
Bəxtimizdə qara, bax.
Daha geri gələrmi,
Əldən getdi Qarabağ.

Qarabağın gəlini,
Ağlar gördüm dilini.
Səni yada verənin
Tanrı qırsın belini.

Qarabağın elləri,
Pərişandı telləri.
Yağı elə dağ çəkib,
Ötmür şirin dilləri.

Qarabağladı,
Yolu qar a bağladı.
Qarabağ gedən gündən
Dərd də qara bağladı.

Qarabağdan ad gələr,
Yer inləyər, dad gələr.
Başqa yerdən toy səsi,
Oradan fəryad gələr.

Gələn qarabağlıdı,
Günü qara bağlıdı.
Dərddən bir şələ tutub,
Başı qara bağlıdı.

Bax bu qəmə, bu aha,
Sözüm gəlməz günaha.
Qarabağın dönməsi
Qalıb o bir Allaha.

Əzizinəm, o tayla,
Karvan gələr bu tayla.
Vətəndən didərginin
Günü keçər ah-vayla.

Əzizinəm, bu dağı,
Bu təpəni, bu dağı.
Yazıq qarabağlılar
Necə çəksin bu dağı?

Qarabağım bir təkdi,
Bir əldi, bir ətəkdi.
Qan qussun o yağını,
Qarabağda dərd əkdi.
Şiiri Değerlendirin
 
(c) Bu şiirin her türlü telif hakkı şairin kendisine ve/veya temsilcilerine aittir.
Şiirlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur.
QARABAĞ BAYATILARI şiirine yorum yap
Okuduğunuz şiir ile ilgili düşüncelerinizi diğer okuyucular ile paylaşmak ister misiniz?

QARABAĞ BAYATILARI şiirine yorum yapabilmek için üye olmalısınız.

Üyelik Girişi Yap Üye Ol
Yorumlar
Bu şiire henüz yorum yazılmamış.
Edebiyatdefteri.com, 2016. Bu sayfada yer alan bilgilerin her hakkı, aksi ayrıca belirtilmediği sürece Edebiyatdefteri.com'a aittir. Sitemizde yer alan şiir ve yazıların telif hakları şair ve yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Sitemiz hiç bir şekilde kâr amacı gütmemektedir ve sitemizde yer alan tüm materyaller yalnızca bilgilendirme ve eğitim amacıyla sunulmaktadır.

Sitemizde yer alan şiirler, öyküler ve diğer eserlerin telif hakları yazarların kendilerine veya yetki verdikleri kişilere aittir. Eserlerin izin alınmadan kopyalanması ve kullanılması 5846 sayılı Fikir ve Sanat Eserleri Yasasına göre suçtur. Ayrıca sitemiz Telif Hakları kanuna göre korunmaktadır. Herhangi bir özelliğinin kısmende olsa kullanılması ya da kopyalanması suçtur.
Edebiyatdefteri.com'u kullanarak Çerez Politikamızı kabul etmiş sayılırsınız.