2
Yorum
6
Beğeni
5,0
Puan
853
Okunma
Zaman getməsə də, sən zamanla get,
Suyun da səmti var, axar-axara.
Geciksən qalarsan hər şeydən dala,
Vaxt da su kimidir, axar, axar a.
Bu dəftər-qələmim, bu da bax, masa,
Mən ki söz demədim sözə baxmaza.
Aqillər sözünə kim ki baxmasa,
İlişib qalacaq a xara, xara.
Əflatun, demə ki sazdı a damlar,
Tavan qırıq olsa suyu a damlar.
Özündən müştəbeh olan adamlar,
Sonra çox söyləyər, ax ar, ax ar a!
5.0
100% (3)