3
Yorum
5
Beğeni
5,0
Puan
557
Okunma
Türk oğlunun dizi əsməz,
O verdiyi hökm mənim.
Yaraları sarımağa
Təbib mənim, həkim mənim.
Tanrı verib türkə dözüm,
Türk oğluyam, türkəm özüm.
Nuhdan gəlir yolum-izim,
Safdır əslim-köküm mənim.
Atalarım qəhrəmandır,
Hər birisi bir ümmandır.
Şəhidlərim əziz candır,
Birim olar ikim mənim.
İz qoymuşam izim üstə,
Sürünmədim dizim üstə.
Türk adıdır gözüm üstə,
Çox ağırdır çəkim mənim.
Haqsız qada heç gəlməyə,
Gəlsə hazır mən ölməyə.
Çalışsalar da bölməyə,
Bölünməzdir təkim mənim.
İgidlərim eşqə dolsun,
Yağılardan qisas alsın.
Əflatunam, qurban olsun
Varım-yoxum nə kim mənim.
5.0
100% (4)