2
Yorum
8
Beğeni
5,0
Puan
650
Okunma
Kainata iz salan bir körpüdən keçir ruhum
Zərrələrdən qopan andı toplayaraq içir ruhum
İki aləm içindəyəm məndən mənə keçir ruhum
Hüzura bir addım qalıb.
Nifrət,təkəbbür yad mənə istəmirəm daş toplayan
Cismimi il qocaltmayir gərək yoxdur yaş toplayam,
Nə ağırlıq vardır atıb yüklərini boş toplayam
Qəlbimdə sükut toplanıb.
Saat kimi qurulubdur,zamanına qaçır ömrüm,
Sevinc bircə an qədərdir qanad açıb uçur ömrüm,
Dərdi hikmət sandım deyə həsrətinə naçar ömrüm.
Beşiyimdə qəm bələnib
Arzuları istəməyə bir az ümidim də qalib,
Bir tamaşa izləyirəm həyat adlı,vaxt azalıb,
Günahlarım savabima vicdanı minnətçi salıb,
Təmizə çix ,tövbələnib!
5.0
100% (5)