7
Yorum
12
Beğeni
5,0
Puan
599
Okunma
Bir şirin xəyal üçün bizi qandırdı həyat!
Körpə ümidlərimi belə yandırdı həyat!
Öyrətdi dost-düşmanı acıdaraq canımı,
Qəlbimi,qürurumu belə sındırdı həyat!
Misralara töküldü ruhumun pıçıltısı
Zirvədən xəyalları yerə endirdi həyat!
Şükür etdikcə artdı sınaqlarım çoxaldı
Mutluluq budur deyə üzümə durdu həyat!
Unutmağa çalışdı Dilarə çəkdi köçün
Tövbəsiz günahları üzümə vurdu həyat!
5.0
100% (9)