4
Yorum
6
Beğeni
5,0
Puan
748
Okunma
Dedim- Qırma qəlbimi,qəlb Allahın evidir,
Gözümdəki damlalar ürəyimin dilidir,
Küskünlüyüm ötəri,həzin bahar yelidir,
İndi tənha könlümü al ala bilsən daha.
Dedin-Qəlbində mənəm,unut artıq adımı,
Söndür eşqlə alışan,həsrət tütən odumı,
Vəfa,sevgi ,etibar,güvən,peyman
budumu?
İndi tənha könlümü al ala bilsən daha.
Dedim-Bu mən sandığın bir nəfəslik can daha!
Nə dünyaya inandım,nə də sənə mən daha.
Günahlarıma cəza kəsilib hər an daha.
İndi tənha könlümü al ala bilsən daha!
Dedin-Alış dərdlərin önünə tək çıxmağı,
Vura-vura öyrədir bu fələyin toxmağı.
Öyrətdin gələcəyə boş gözlərlə baxmağı,
İndi tənha könlümü al ala bilsən daha.
Dilarə Süleymanın içində səhra böyük.
Azadlığıma düşən kölgə belə ağır yük.
Sən ki bir dəfə dedin ki,dərdini özün çək,
İndi tənha könlümü al ala bilsən daha.
5.0
100% (4)