2
Yorum
3
Beğeni
5,0
Puan
427
Okunma
Sənli xatirələr tək varım,yoxum,
Sən yuxusuz gecem,sən şirin yuxum,
Sən şübhəm,güvənim,inamım,qorxum,
Sevgim sənə lazım oldu,olmadı?
Çatıb ürəyimdə atəşi getdin,
Yandıra-yandıra burnumda tüttün,
Dərdə saldığın bu canı unutdun,
Adım yaddaşında qaldı,qalmadı?
Dilarə qüruru yendi səninçün,
Fəryadla dilləndi,dindi səninçün,
Qəlbim bağlanıbdı indi səninçün,
Fərqi yox geriyə gəldi,gəlmədi
5.0
100% (2)