4
Yorum
9
Beğeni
5,0
Puan
864
Okunma
Bu gün Şehidin var Azərbaycan! ((((((((Türkün düşmanı və acısı hep aynı
Qara bağlar , açmaz yaslı örpəyin
Qurumaz göz yaşın , şəhid anası
Aparıb torpağa basdırdılar ürəyin
Əydi uca başın şəhid anası.
Cənnəti ayağı altına sərən
Tanrıdır dərdlərin ağırın verən
Gözləri yollarda oğlunmu gələn
Ya dərd qoşun-qoşun Şəhid anası
Övlad acısıdır sağalmaz.dinməz
Gülməz.gizli yanar .canına sinməz
Dərdindən öldüyün şəhidlər ölməz
Arzun son görüşün Şəhid anası
Baş daşın isidər isti yaşları
Olub and yerimiz məzar daşları
Qarşında əymişik sənin başları
Məğrur tut duruşun Şəhid anası.
5.0
100% (5)