3
Yorum
6
Beğeni
5,0
Puan
870
Okunma
Çox şey istəməm ki,sarı çiçəyim,
Kəpənək ömrümdə sən varsan yetər.
Elə məlhəm olub bari,çiçəyim,
Yaramı üstündən bir sarsan yetər.
Mutluluq gəzirəm sənə nə vaxtdan,
Olduğun yerləri salıb ayaqdan,
Eşqdən,məhəbbətdən,xudadan,haqdan
Üzülən əlimi tutarsan yetər.
Şehi dodağının təzə tər,içsəm,
Alıb nəfəsimi birtəhər içsəm,
Olur mu əlindən bir zəhər içsəm
Ölüb bu dünyadan qurtarsam...yetər!
*
5.0
100% (5)