1
Yorum
1
Beğeni
5,0
Puan
634
Okunma
"""
Əğilənəm,əğilməzəm
duruşumdan bəlli olur.
Nə çəkdimsə alnımdakı
qırışımdan bəlli olur.
"
Həm iztirab,həm həzzmişəm,
əsli deyil əvəzmişəm,
nə görmüşəm nə gəzmişəm,
qarışımdan bəlli olur.
"
Ruzim,rizqim,balım,mətim,
ağlım boyda bərəkətim,
beş paralıq hərəkətim
vuruşumdan bəlli olur.
"
Vahid oldu cəm aldığım,
qissə qissə,kəm aldığım,
həm verdiyim,həm aldığım
quruşumdan bəlli olur.
"""
5.0
100% (1)