1
Yorum
3
Beğeni
5,0
Puan
1000
Okunma
"""
Bu dağın maralı qız,
vurublar yaralı qız,
kimin darağı belə
saçların daralı qız.
Hörmə öldüm,aman
Sarı gəlin.
""
Yaprağam çıxan üstə,
yavaşca toxan üstə,
neynirsən qızılgülü,
məni tax yaxan üstə.
Soldum,aman,aman,
Sarı gəlin.
""
Ağ gülün ətri yoxdur,
ətirsiz xətri yoxdur,
hər kəsdən ötrü yar var,
tək məndən ötrü yoxdur.
Öldüm aman,aman,
Sarı gəlin.
"""
5.0
100% (2)