29
Yorum
58
Beğeni
5,0
Puan
1544
Okunma

Həyatın özünü dərk etməyənə,
Şeir nə lazımdır,söz nə gərəkdir?
Düz yol tutub yolu düz getməyənə,
Cığır nə lazımdır,iz nəgərkdir?
Çalış könlünü al qəlbi sınanın,
Xoşbəxtsən,vardırsa canı yananın,
Qədri bilinmirsə ata-ananın,
Oğul nə lazımdır,qız nə gərəkdir?
Ağacdan ibrət al,barın çoxdursa,
Tikəni yarı böl qarnın toxdursa,
Əgər bir ürəkdə sevgi yoxdursa ,
Baxış nə lazımdır, göz nə gərəkdir?
Məzlumun qeydinə qalmayanlara,
Torpaqdan güc,güvvət almayanlara,
Canında yurd eşqi olmayanlara,
Bahar nə lazımdır,yaz nə gərəkdir?
Seyr elə vətəni gəz sola,sağa,
İstər arana get,istərsən dağa,
Əgər söz qoşmasan sən Qarabağa,
Mizrab nə lazımdır,saz nə gərəkdir?
Sema Dağlı.
5.0
98% (43)
4.0
2% (1)