10
Yorum
32
Beğeni
0,0
Puan
1099
Okunma
OLA BİLSİN
Bir sevgi istərəm müqəddəs,təmiz,
Qəlbin özəyinə həkk ola bilsin.
Ömrün yollarında salır,salsın iz,
Nə şübhə,nə ona şəkk ola bilsin.
Yaşasın ağ üzlə,qara üzlə yox,
Səs salsın eşqiylə,solğun izlə yox,
Tərifi dil deyən bircə sözlə yox,
Həm də ilk baxışla dərk ola bilsin.
"Biz"desin,olmasın"mənəm-mənəmi",
Bıçaqsız,xəncərsiz yarsın sinəmi,
O qədər vüsala versin önəmi,
Həsrət dirəşmədən tərk ola bilsin.
Tamam xali olsun qınaq yükündən,
Vəfanı götürsün Məcnun kökündən,
Qəlbi yumşaq olsun Qu nun tükündən
Dözümü daşdan da bərk ola bilsin.
Oyunu olmasın fələk oyunu,
Ağ üzlə göstərsin elə soyunu,
Elə böyütsün ki, ərkin boyunu,
Məndə də bu eşqə ərk ola bilsin.
Nazlı Hacılı.