15
Yorum
32
Beğeni
5,0
Puan
668
Okunma
BİLƏR
Dağ üstünə dağ qoymamı,
Dağladığım dağlar bilər.
Xain gözləri oymamı,
Çağlamamı çağlar bilər.
Qayaların bax qarına,
Zəmindir elin varına,
Bağlarımın baharına,
Bağlanmamı bağlar bilər.
Haqq var ikən heyrət nədir,
Xoş gün varsa zillər nədir,
İsmət,namus,qeyrət nədir,
Bunu üzü ağlar bilər.
Sən də danış,aç dilini,
Artır eşqin eşq xalını,
Bircə sənsiz Hacılını,
Əğyar dərdli ,ağlar bilər.
5.0
100% (21)