10
Yorum
26
Beğeni
5,0
Puan
626
Okunma
HƏR ŞEY SƏNİNLƏ GÖZƏL
O qədər yaxınsan ki,aldığım nəfəs kimi,
Müqəddəs sandım eşqi haqdan gələn səs kimi,
Nə olar,sanma məni nəfsani həvəs kimi,
Hərcayilər çəksə də gündə min yönə səni,
Sevəcəyəm hər zaman sevgilim,yenə səni.
Mənim nurlu günəşim,dan yerim,sabahımsan,
Qəlbimdəki muradım,dilimdəki ahımsan,
Ayın on dördü kimi,gülümsəyən mahımsan,
Sevdam gətirəcəkdir imana,dinə səni,
Sevəcəyəm hər zaman sevgilim,yenə səni.
Hər şey səninlə gözəl,sənsən mənim baş tacım,
İsticə nəfəsinə,gözlərinə möhtacam,
Şən-şaqraq gülüşünlə gedər könlümdən acım,
Söylə,necə unudar bu can,bu ürək səni,
Sevəcəyəm hər zaman sevgilim,yenə səni.
Sənsiz mənası yoxdur mənə gözəl həyatın,
Sən olmasan fələk də hər an oynadar atın,
Xəyanınla gəzərəm göyün o yeddi qatın,
Uca Rəbbim göndərib bilərək mənə səni,
Sevəcəyəm hər zaman sevgilim,yenə səni.
*
Gözlərinə baxarkən eşqim,ruhum durulur,
Sənə vurulan könlüm yenə sənə vurulur,
Bu könül sarayımda sənə büsat qurulur,
Necə inandırım ki,sediyim buna səni?
Sevəcəyəm hər zaman sevgilim,yenə səni.
5.0
100% (22)