9
Yorum
13
Beğeni
5,0
Puan
529
Okunma
Məndən uzaq qəm içində durubdu,
Səhər-axşam belə təkdir ilhamım.
Elə bil ki,çən içində durubdu,
Görən nə vaxt güləcəkdir ilhamım?
Yaxın gəlmir,axı nədən inciyib,
Eh,məndən də gələn-gedən inciyib,
Sanki qəlbdən küsüb,bədən inciyib,
Belə getsə öləcəkdir ilhamım..
Düz alınmaz ,desəm salim deyildir,
Çox biləndir,ama alim deyildir,
Tez küssə də xəbis,zalim deyildir,
Göz yaşımı siləcəkdir ilhamım..
Qoy aranı vuran kəs oda gəlsin,
Yamanlara yaman da qada gəlsin,
Ay sevdiyim,sən gəl ki,o da gəlsin,
Sən gələndə gələcəkdir ilhamım..
5.0
100% (11)