1
Yorum
2
Beğeni
5,0
Puan
509
Okunma
*
Bir zamanlar varıydı...
O zamanlarıydı kı,
Narın elə böyük
dərdi yoxuydu,
tək bir dərdi
paçallamaqıydı,
paçallayıb parçalanmaq,
bir də selləmə yağmurlar,
və bir də yağmur
dalınca şığıyan Gün,
günəş yooox Gün...
Paçallamasaydı qurd
dəyməzdi,toxanmazdı
Nara,
içi qurdlamazdı
Narın.
O "bir zamanlar"ın
qurdları da indiki
modern qurdlardan
deyildirlər...
Kişiydilər,mərdiydilər,
insaf,mürüvət sahibiydilər.
Qapısını açmayan
yiyəsinin divarlarını
deşib içini sümürməzdilər.
Bir kişinin ortalama
ömrü keçmiş
o zamanlardan.
İndi Narın dərdi
çoxalıb,bu çoxlar da
böyüyüb,böyüyüb...
Böyüyüb adam
boytda olub,
daha paçallamır,
içindən çürüyür
Nar.
Anadan qurdla
birgə doğulur,
aspirinlə,analqinlə
böyüyür,
öz qurduyla birgə
böyüyür,
öz qurdu üçün
böyüyür,böyüyür...
Böyüyür və günlərdən
birində fıs olub
gedir.
Aldırma deyirəm
Nara,
sənin də qurdlarına,
çürüyən içinə əlac
bulunar bir gün.
Yenə yağmurlar sellənər,
yenə quzey rüzgarlarına
budaqların yellənər,
yenə paçallayarsan.
Sən paçallayanda
Nar olursan,
Nar...
5.0
100% (2)