0
Yorum
7
Beğeni
5,0
Puan
1378
Okunma

Lalələr dil açıb söyləyir nəğmələr
Etiraf edir gözlər,susur dodaqlar
Yağışlar qonaq gəlib sevgi səhifəmizə
Leysanlar da qopsa belə sevgi kitabımızda,
Arzularda toxunar əl çatmaz ulduzlara.
Saf hisslərim qələmin tərcüməçisi
əllərimdir sənə uzanan körpülər
Niyyətimiz səmimiyyətimizin şeiri
İllərin yığılan həsrətidir sahilimiz
Səssizcə gələn günəşsən, şüaların göz qamaşdıran
Etirafın içdən gələn bir mündəricatdı
Vaxt donubdur sanki həps etmisən qəlbinə
İslanmış yağışlarda təbəssümlərimin xoşbəxtliyisən
Ram olunmuş həyatda arzularıma gedən yolsan
əfsanələrin yaratdığı sevgi paytaxtımsan
Mənim sevgilim sən sanki cənnətin təbəssümüsən.
5.0
100% (3)