2
Yorum
3
Beğeni
5,0
Puan
1416
Okunma

Yenə getmək istəyirəm uzaqlara
Nədənsə ayaqlarım getmir beynim hökm etmir
Mən gecikirəm uzaq səfərlərə amma getmək
istəyirəm uzaqlara
Qaçaraq getmək buraları tərk etmək tozlu
keçmişə səyahət etmək
İnsanları tərk etmək onları silmək əbədiyyatdan,
ədəbiyyata çıxmaq
İlk yazılmış roman olmaq yarımçıq oxunuraq
atılmaq
Və sonda tənha qalmaq bir neçə sətirlərlə
Düşünərək dərk etmək. Dərk edilərək tərk edilmək
Bir neçə səhifədə tapmaq özünü bəyaz
kağızlarda mürəkkəb olmaq
Deyəsən çox gec oldu yenə qaranlıq düşdü ay
işığı pəncərimi döyür
Sakit nəfəs kimi otağıma daxil olur başıma sığal
çəkir məni oyadır
Artıq getmək vaxtıdır oyan gecikir saatlar məni
oyadır sayılı dəqiqələr
Yorunuğam birazda halsızam uzaq səfərə çıxıram
mən bugün sonuncuyam
Qapımı döyür küləklər çağlayır şimşəklər kəsibdir
nəfəsimi veribdi həvəsimi
Bayırda əsir nifrətlər və bir neçə saxta
təbəssümlər əl çalır buludlar
Bura çox qəribdir bura cinlər diyarıdır mənə yer
yoxdur
Mənə getmək lazımdır buraları tərk etmək
lazımdır
Bir neçə köhnə fotolarıda almalıyam yanıma bəlkə
yenidən özümü tapdım o fotolarda
Axı köhnə fotolarda necədə səmimiyyət necədə
bihuş edici görkəm var
Bu şəhərləri bəzəyiblər bir neçə rəngli parklarla,
boz binalarla
Yenə beynimdə qarışdı fikirlərim tənha ayaq
səslərim getmək istəyirəm
Amma heyf gedən saatlarımdı cismim və ruhum
yenədə əsir olub bu boz binalara bu rəngli
nağıllara..
5.0
100% (2)