2
Yorum
4
Beğeni
4,7
Puan
949
Okunma

Məsələn. Bir dəniz fənəri ol, yolunu dumanlarda itirmiş gəmilərin ümüdü
Bir gecədə günahlarla qazanılmış pullar ol,sənə nifrət etsin əllər
Məsələn bir vicdan ol, səninlə danışsın səmimiyyət
Yada sonsuz saman yolu ol,fəth edilmən çətin amma zövqlü olsun.
Məsələn.Səmalardan damlayan yağış ol,buludların göz yaşı
Bir qəlbdə ayrılıq,kədər ol.Gözləyən gözlərdə həsrətin sonu
Məsələn.Bir yol ol, sonu sonsuz yollara çıxan yol
Bir kiçik ada ol, adaya gözlənilməz yağış ol
Məsələn. Duman ol, gözlərin görübdə seçə bilmədiyi
Bir soyuq qış ol, payızın qəddar düşməni
Məsələn adsız məzar ol, unudulan qəbir
Yaddaşı itirilmiş şəhər ol, işğal edilmiş
Məsələn .Bir xəyanətkar insan ol ,məhəbbətə xain
Bir cümlə ol, o cümlədə itirilmiş sevgi
Məsələn xatırlamayan ol, unudulmayan
Sonda bir sətir yalan ol, həqiqətlərdə.
5.0
67% (2)
4.0
33% (1)